Səhranın ən ortasında bizdən tarixi 2000-3000 il əvvəl və 4000-5000 il əvvəllərə gedib çıxan göllər quruduqdan sonra həmin ərazidə gips və karbonat qalıqları meydana gəlib. Göllərin "Dəhşətli Leysan" nəticəsində əmələ gəldiyi iddia edilir. Həmin göllərin ömrü isə bir neçə ildən artıq olmayıb.[1]
Lakin səhranın cənub-qərbindəki Mundafən adlandırılan bölgədəki göllərin isə 800 il və daha artıq müddətdə var olduğu sübuta yetirilib. Bu göllər isə həmin bölgənin flora və faunasının zəngin olduğunu göstərir. Fosil və kalsium qalıqları ərazidə suda-quruda yaşayan müxtəlif növ heyvanların və iribuynuzlu mal-qara kimi heyvanların vaxtilə var olduğunun dəlilidir.[2]
Bundan əlavə həmin yerdə 2000-3000 il əvvəl insan fəaliyyətinin olduğunu göstərən çaxmaqdaşı da daxil olmaqla iti, kəskin məişət əşyaları tapılsa da bununla belə, insan bədəninə aid heç bir qalıq tapılmamışdır.[3]
Son illərdə isə Rûbu ǝl-Xali səhrasında 3 metr dərinlikdən su tapılmışdır.[Şəkil: 1]
Amerikanın kosmik arşdırmalar mǝrkǝzi olan NASA alimlǝri gǝlǝcǝkdǝ bu regionda yenǝ ǝvvǝlki kimi göllǝr vǝ çayların meydana gǝlǝcǝyini tǝxmin ediblǝr.
İkinci bir fakt isə
Bu haqda Hz. Peyğǝmbǝrdǝn(s.a.s.) gǝlǝn bir hǝdis demǝk olar ki, möcüzǝni dilǝ gǝtirib. Bu hǝdisdǝ Ərǝbistan yarımadası sǝhralarının vaxtilǝ göl vǝ çaylarla dolu olduğu tǝyin olunub. Hǝdisdǝ belǝ buyurulur:
"Ərǝbistan yarımadası sǝhraları çay vǝ göllǝrlǝ bǝzǝnmǝdiyi müddǝtcǝ qiyamǝt qopmaz"(Hǝdisi-Müslim rǝvayǝt edib)
© 2016 Bəxtiyar MƏMMƏDZADƏ َ
http://qvsm.blogspot.com & http://bmzade.blogspot.com