8.05.2017

Qara dəliklər

    Qara dəlik – cazibə qüvvəsi, növündən asılı olmayaraq bütün cisimlərin və şüaların özündən uzaqlaşmasına imkan vərməyəcək dərəcədə güclü olan irikütləli “ulduz”dur. Qara dəliyin ətrafındakı cazibə sahəsi o qədər güclü olur ki, nəinki cisimləri, hətta şüaları belə özünə çəkir. Qara dəlik kosmosdakı həmcins zərrəciklərin vəhdət əmələ gətirməsindən meydana çıxan, özündən işıq fotonları xaric etməyən fəza cismidir. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır..[1] 
    Qara çuxurların elmə məlum olan xasselərindən bəzilərini xatırlayaq:
   1. Görünmürlər;
   2. Böyük sürətlə fəza boşluğunda “axırlar”;
3    3. Fəzadakı cisimləri sorub, kosmosu, sanki tozsoran kimi təmizləyirlər. Təsadüfi deyil ki, bəzi alimlər bu cisimlərə “kainatın süpürgəsi” deyiblər.
    Məsələ burasındadır ki, Uca Allah(c.c) bu “ulduz”ları Qurani-Kərimdə – Təkvir surəsinin 15 və 16-cı ayələrində belə vəsf edib:
    “Xeyr! Axıb gedən,  gah gözdən itib, gah ətrafı aydınladan ulduzlara andolsun”(#Tekvir:15-16)
    Ayədəki “əl-xunnəs” sözü görünməz, “əl-cəvar” sözü isə süpürən və cəzb edən mənasını ifadə ədir. Bu fakt Qurani-Kərimin insan sözü olmadığını bir daha sübut edir.



© 2017 Bəxtiyar MƏMMƏDZADƏ َ http://qvsm.blogspot.com

28.04.2017

Misir Quraqlığı

    Alimlǝr Qǝdim Misirin tǝnǝzzülünü sürǝtlǝndirǝn ǝn mühüm amilin Misiri 4200 il ǝvvǝl vuran quraqlıq olduğunu qeyd edirlǝr. Bu quraqlıq Qǝdim Misir krallığının süqutunda mühüm rol oynamışdır.
    Uca Allah(c.c.) bu aclığa vǝ quraqlığa işarǝ olaraq Yusuf surǝsindǝ belǝ buyurub:
    "Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız."(#Yusuf: 48)
      İndi isǝ iman etmǝyǝnlǝrǝ bu sualı verǝk: Əgǝr Peyğǝmbǝr Allah(c.c.) tǝrǝfindǝn göndǝrilmiş olmasa idi, onun neçǝ min il ǝvvǝl baş vermiş quraqlıqdan xǝbǝr vermǝsi necǝ mümkün olardı?



© 2016 Bəxtiyar MƏMMƏDZADƏ
http://qvsm.blogspot.com

9.09.2016

Dünyanın Genişlənməsi

Kosmos    Alimlǝr, astronomik müşahidǝçilǝr XX ǝsrǝ qǝdǝr dünyanın, kainatın hǝcmcǝ sabit, dǝyişmǝz olduğunu güman edirdilǝr. Lakin, kainatın, dünyanın böyük bir sürǝtlǝ genişlǝndiyini, böyüdüyünü öyrǝndilǝr. Qurani-Kǝrim isǝ bu hǝqiqǝt barǝsindǝ belǝ buyurur:
    "Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik"(#Zariyat: 47)

     Bu möhtǝşǝm sistem Uca ALLAHIN(c.c.) yaradıcı qüdrǝtinǝ vǝ Quranın hǝqiqǝtǝn insan sözü olmadığına dǝlildir.


© 2016 Bəxtiyar MƏMMƏDZADƏ َ
http://qvsm.blogspot.com & http://bmzade.blogspot.com

6.09.2016

Piramidalar Necə Tikilib?

piramidalar    Amerikalı vǝ fransız alimlǝrin aparmış olduğu tǝdqiqatlara görǝ, fironlar piramidaları tikǝrkǝn istifadǝ etdiklǝri böyük daşlar - piltǝlǝr yüksǝk temperaturda bişirilǝn gildǝn hazırlanıb. 
    Lakin Quran bu mövzuya tam dǝqiqliklǝ aydınlıq gǝtirǝrǝk  belǝ buyurub:
    "(Firon dedi) Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!"(#Qasas: 38)
    Bu hǝqiqǝti Amerikanın ve Fransanın qabaqcıl alimlǝri tǝyin ediblǝr. Nǝhǝng tikililǝrdǝn - piramidalardan götürülǝn bǝzi daş parçaları elektron mikroskopla tǝdqiq edilib, Quranda yazıldığı kimi hǝqiqǝtǝn piramidaların palçıqdan bişirilmiş kǝrpiclǝrlǝ tikildiyi elmi cǝhǝtdǝn sübut olunub. Lakin fironlar bunu bir sirr kimi gizli saxlayıblar. 
    Lakin Uca ALLAH(c.c.) gizli vǝ açıq olan hǝr şeyi bilǝndir. ALLAH bu hǝqiqǝti bizǝ göndǝrmiş olduğu Quranın doğruluğuna dǝlil vǝ sübut olmağı üçün bizlǝrǝ açıqlamışdır.


© 2016 Bəxtiyar MƏMMƏDZADƏ َ
http://qvsm.blogspot.com & http://bmzade.blogspot.com