8.05.2017

Qara dəliklər

    Qara dəlik – cazibə qüvvəsi, növündən asılı olmayaraq bütün cisimlərin və şüaların özündən uzaqlaşmasına imkan vərməyəcək dərəcədə güclü olan irikütləli “ulduz”dur. Qara dəliyin ətrafındakı cazibə sahəsi o qədər güclü olur ki, nəinki cisimləri, hətta şüaları belə özünə çəkir. Qara dəlik kosmosdakı həmcins zərrəciklərin vəhdət əmələ gətirməsindən meydana çıxan, özündən işıq fotonları xaric etməyən fəza cismidir. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır..[1] 
    Qara çuxurların elmə məlum olan xasselərindən bəzilərini xatırlayaq:
   1. Görünmürlər;
   2. Böyük sürətlə fəza boşluğunda “axırlar”;
3    3. Fəzadakı cisimləri sorub, kosmosu, sanki tozsoran kimi təmizləyirlər. Təsadüfi deyil ki, bəzi alimlər bu cisimlərə “kainatın süpürgəsi” deyiblər.
    Məsələ burasındadır ki, Uca Allah(c.c) bu “ulduz”ları Qurani-Kərimdə – Təkvir surəsinin 15 və 16-cı ayələrində belə vəsf edib:
    “Xeyr! Axıb gedən,  gah gözdən itib, gah ətrafı aydınladan ulduzlara andolsun”(#Tekvir:15-16)
    Ayədəki “əl-xunnəs” sözü görünməz, “əl-cəvar” sözü isə süpürən və cəzb edən mənasını ifadə ədir. Bu fakt Qurani-Kərimin insan sözü olmadığını bir daha sübut edir.



© 2017 Bəxtiyar MƏMMƏDZADƏ َ http://qvsm.blogspot.com

0 rəy to “Qara dəliklər”

Yorum Gönder