5.09.2016

İnsanın 40 Yaşı

insan 3x4 rentgen    Son illǝrdǝ İngiltǝrǝdǝ aparılmış tədqiqatlara görǝ insan beyni 40 yaşına qǝdǝr inkişaf edir. 40 yaşından sonra isǝ beyinin inkişafı dayanır. Yǝni, insan 40 yaşında kamala çatır. 40 yaşından sonra isǝ beyin gerilǝyir. Araşdırmanın davamı isǝ nǝinki insan beyni, hǝtta ǝqli bacarıq vǝ fiziki gücün dǝ insanın 40 yaşından sonra gerilǝdiyini tǝyin edib.
    Maraqlı olan budur ki, müqǝddǝs kitabımız Qurani-Kǝrim, insanın 40 yaşında hǝqiqǝtǝn kamala çatdığını, 40 yaşından sonra isǝ 40 yaşına qǝdǝrki prosseslǝrin ǝksi baş verdiyini bildirib. Qurani-Kǝrimdǝ belǝ buyurulur:
    "Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne'mətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!" (Özümü canu-dildən Allaha təslim edənlərdənəm!)"(#Əhkaf: 15)
    İndi isǝ peyğəmbəri yalançı hesab edənlərə, Allahı(c.c.) vǝ peyğǝmbǝrlǝri inkar edǝnlǝrǝ bu sualı vermǝk lazımdır:
    "Peyğǝmbǝr(s.a.s) yalançı idisə, haradan bilirdi ki, insanda 40 yaşı dönüş nöqtǝsidir, 40 yaşından sonra insan fiziki vǝ ǝqli cǝhǝtdǝn gerilǝyir?"



© 2016 Bəxtiyar MƏMMƏDZADƏ َ
http://qvsm.blogspot.com & http://bmzade.blogspot.com

2 rəy: