31.08.2016

Gecə ilə Gündüzün bir-birini İzləməsi


    Bildiyimiz kimi yer günəş ətrafında dövr etməklə bərabər həm də öz oxu ətrafında fırlanır. Əgər biz kosmik peyklər vasitəsilə yer kürəsinin öz oxu ətrafında dönməsini lentə alıb sürətləndirsək, gecə ilə gündüzün bir-birini izlədiyini görərik. Sanki, gecə gündüzü qovalayır, ona çatır, lakin onu tuta bilmir.
    Təbiidir ki, bu hadisəni müşahidə etmək üçün kosmik vasitələrə, son illərdə ixtira edilmiş bir sıra cihazlara və külli miqdarda vəsaitə ehtiyac var. Lakin Qurani-Kərim necə də hikmətli bir kitabdır ki, öyrənilməsi yüksək texnologiyaya ehtiyac duyulan bu məlumatı insanlığa 14 əsr bundan əvvəl belə xəbər verir:
    "Bir-birini sürətlə təqib edən gündüzü gecə ilə gecəni də gündüz ilə örtüb bürüyən Allahdır."(#Araf: 54)


© 2016 Bəxtiyar MƏMMƏDZADƏ َ
http://qvsm.blogspot.com & http://bmzade.blogspot.com

0 rəy to “Gecə ilə Gündüzün bir-birini İzləməsi”

Yorum Gönder